Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur kosmonavtların kosmosda işlətdiyi ilk cümlələr - FOTO

Məşhur kosmonavtların kosmosda işlətdiyi ilk cümlələr - FOTO

Tarix: 20 Yanvar 2024 06:30

Türkiyə tarixdə ilk dəfə olaraq öz kosmonavtını Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərdi.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, Türkiyə vaxtı ilə 00:49-da Alper Gezeravcının da olduğu "Dragon" kapsulu "SpaceX"ə aid "Falcon 9" daşıyıcı raketi vasitəsi ilə NASA-nın Floridadakı Kennedi Kosmik Mərkəzindən BKS-a göndərildi. Kosmosa addım atar-atmaz Gezeravcı Atatürkün sözlərindən sitat gətirərək ilk "Gələcək göylərdədir" sözlərini söyləyib.

Türkiyəli astronavtın bu addımı Yuri Qaqarin və Nil Armstronq kimi kosmonavtların da kosmosa uçuşu zamanı səsləndirdiyi ilk fikiləri gündəmə gətirib. 

Belə ki, Sovet kosmonavtı Yuri Qaqarinin uçuşu 12 aprel 1961-ci ildə Baykonur start məntəqəsində baş verir. "Vostok" gəmisində uğurla kosmosa çıxan Qaqarin göydə 108 dəqiqə dövr etdikdən sonra sağ-salamat yerə qayıdır. Onun kosmosda işlətdiyi ilk cümlə "Dünya mavi rənglidir. Nə qədər gözəldir! İnanılmazdır!" sözləri olub.

Amerikalı kosmonavt Nil Armstronq 16-24 iyul 1969-cu ildə E. Oldrin və M. Kollinzlə birlikdə "Apollon-11" gəmisinin komandiri qismində tarixdə ilk dəfə Aya uçub. 20 iyul 1969-cu ildə Armstronq və Oldrin Ay kabinəsində Ayda "Sakitlik Dəniz"inə eniblər. Nil Armstronqun Ayda işlətdiyi ilk cümlə "İnsan üçün kiçik, amma bəşəriyyət üçün böyük bir addımdır" sözləri olub.

Milli.Az


Etiketlər:  Məşhur kosmonavtların kosmosda işlətdiyi ilk cümlələr FOTO


RƏYLƏR