Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2024 14:52
"Əl-Nəsr"ın hücumçusu Kriştianu Ronaldu 2023/24 mövsümündə Çempionlar Liqasının qalibi olmaq üçün favoritlərinin adını çəkib.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, portuqaliyalı ulduz forvard "Globe Soccer Awards" mərasimindəki açıqlamasında ən şanslı bildiyi komandaların adlarını deyib:
"Mançester Siti" yenidən Çempionlar Liqasını qazanmağa şanslıdır. Favoritlərim? "Mançester Siti", "Real Madrid", "Bayern Münhen".
Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti" "Kopenhagen"lə, "Real Madrid" "Leypsiq"lə, "Bayern" isə "Latsio" ilə qarşılaşacaq.
İlk oyunlar fevralın 13-14-də baş tutacaq.