Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Selena Qomez bu serialla qayıdır

Selena Qomez bu serialla qayıdır

Tarix: 20 Yanvar 2024 16:52

"Disney" şirkəti müğənni-aktrisa Selena Qomezə şöhrət gətirən "Ueyverli Pleys sehrbazları" serialının davamını çəkməyə hazırlaşır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa partnyoru Devid Henri ilə birlikdə layihədə icraçı prodüser kimi çıxış edəcək və eyni zamanda Aleks Russo rolunda epizodlardan birində çəkiləcək.

Filmin rejissoru Endi Fikmandır. Prodüserlər isə Jed Elinoff, Skott Tomas və Qari Marş da serial üzərində işləyirlər.

Qeyd edək ki, bir müddət əvvəl Selena Qomez musiqi karyerasını bitirmək və özünü çəkilişlərə həsr etmək istədiyini demişdi.

Milli.Az


Etiketlər:  Selena Qomez bu serialla qayıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ