Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təqaüdçü bu strategiyadan istifadə edərək 50 min dollar qazandı

Təqaüdçü bu strategiyadan istifadə edərək 50 min dollar qazandı

Tarix: 20 Yanvar 2024 18:02

ABŞ-də təqaüdçü bilet alarkən xüsusi strategiyadan istifadə edərək lotereyada qalib gəlib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Merilend ştatının Prins-Corces dairəsinin sakini yerli mağazalardan birində lotereya bileti alıb.

"Mən tez-tez qarşıma çıxan nömrələrlə oynayıram", - deyə o, bilet seçmək prinsipini izah edib.

Sonradan məlum olub ki, pensiyaçının seçdiyi nömrələr (5, 11, 18, 26 və 29) uduşlu nömrələrlə tamamilə üst-üstə düşüb. Nəticədə yaşlı amerikalı 50 min dollar (85 min manat) udub. O, artıq lotereya ofisində olub və uduşunu təhvil alıb.

Təqaüdçü bildirib ki, o bu vəsaiti borclarının ödənilməsi və ailəsi üçün istifadə edəcək.


Etiketlər:  Təqaüdçü strategiyadan istifadə edərək dollar qazandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ