Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bolduin həbs oluna bilər

Bolduin həbs oluna bilər

Tarix: 20 Yanvar 2024 21:55

Hollivud aktyoru və prodüseri Alek Bolduin yenidən "Rust" filminin çəkiliş meydançasında ukraynalı rejissor Qalina Hatçinsi qəsdən qətlə yetirməkdə ittiham oluna bilər.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ABŞ-ın Nyu-Meksiko ştatının məhkəməsi aktyora qarşı "könüllü adam öldürmə" maddəsi ilə yeni ittiham irəli sürüb. Əvvəl onun günahkar olduğu, hadisə talehsizlik ucbatından baş verdiyi bildirilsə də, Bolduinin bu sevinci uzun çəkməyib. 

"Cənab Bolduinin silahda və ya çəkiliş meydançasında həqiqi güllə ola biləcəyinə inanmaq üçün heç bir əsası yox idi; o, peşəkarlara etibar edərək onu silahda canlı sursat olmadığına inandırırdı. Biz bu ittihamlara etiraz edəcəyik və qalib gələcəyik" deyə, ulduzun vəkilləri bildirib.

Rayon prokurorları hücumda istifadə edilən silahı məhkəmə-tibbi ekspertizadan keçiriblər.

Qeyd edək ki, 2021-ci il oktyabrın 21-də filmin prodüseri və baş rol ifaçısı Bolduin iki nəfəri - operator Qalina Hatçins və rejissor Coel Souzanı yaralayıb. 42 yaşlı Qalina aldığı xəsarətlərdən dünyasını dəyişib. 48 yaşlı direktor körpücük sümüyündən yaralanıb və bir müddət xəstəxanada yatıb və sağalıb.

Araşdırmalar zamanı polis baş verənlərə görə yalnız Alekin məsuliyyət daşıdığını və güllənin təsadüfi olmadığını iddia etmişdi.

Təqsirli bilinərsə, Bolduini 18 aya qədər həbs cəzası gözləyir.


Etiketlər:  Bolduin həbs oluna bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ