Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2024 22:30
Xəbər verdiyimiz kimi, Münhen hava limanının gömrük işçiləri aktyor Arnold Şvartseneggeri bəyan edilməmiş bahalı saata görə saxlamışdılar.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, üç saatlıq sorğu-sualdan sonra aktyor "Audemars Piguet" brendindən olan saata görə 35 min avro (təxminən 64 min 687 manat) cərimə ödəmişdi.
İndi isə məlum olub ki, Arnold Avstriyanın Kitzbühel şəhərindəki "İqlim təşəbbüsü" adlı xeyriyyə yeməyində bahalı əşyanı 270 min avroya (təxminən 499 min 716 manat) satıb. Bu barədə "Die Presse" məlumat yayıb.
Sayca 20 ədəd olan bu saat dünya ulduzu üçün xüsusi olaraq hazırlanıb. Onun üzərində aktyorun bədəninin təsviri və "Arnold Classic" yazısı var. Şvartsenegger bir neçə filmdə bu brendə aid olan aksessuarlardan taxıb.
Qeyd edək ki, aktyor həbs olunduqdan sonra saatının başlanğıc qiymətini 20 min avrodan 50 minə qaldırmışdı.