Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2024 01:12
Fransada Avropa kitabxanalarından rus klassiklərinin - Puşkinin, Qoqolun, Lermontovun nəşrlərini oğurlayan cinayətkar dəstə saxlanılıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, Fransa, İsveçrə, Almaniya, Finlandiya, Polşa və Baltikyanı ölkələrin kitabxanaları təcavüzkarların hərəkətlərindən zərər çəkib:
"Tutulan şəxslərin üzərində Gürcüstan pasportu olub, ehtimal olunur ki, onlar Rusiyadan olan kolleksiyaçıların sifarişlərini yerinə yetiriblər. Oğurluq sxemi hər yerdə eyni olub: rus ədəbiyyatının "tədqiqatçıları" nadir kitabları, məsələn, Puşkinin və Lermontovun sağlığında nəşr olunan kitabları sifariş edib, sonra isə fürsətdən istifadə edərək onları kitabxanadan çıxarıb və ya saxta nüsxələrlə əvəz ediblər".