Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2024 11:20
2023-cü ilin oktyabrında HƏMAS-İsrail münaqişəsinin kəskinləşməsindən sonra İtaliya İsrailə silah tədarükünü dayandırıb.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tajani məlumat verib.
"Oktyabrın 7-dən sonra biz İsrailə silah verməmək qərarına gəldik, ona görə də bu məsələni müzakirə etməyə ehtiyac yoxdur", - deyə nazir bildirib.
Qeyd olunub ki, XİN rəhbərinin bəyanatı İtaliya Demokrat Partiyasının lideri Elli Şleynin Yaxın Şərq münaqişəsini alovlandırmamaq üçün yəhudi dövlətinə silah göndərməmək çağırışları fonunda verilib.