Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2024 11:42
Mərakeşli 12 yaşlı Yusuf et-Tazi Afrika qitəsinin ən yüksək dağı olan Tanzaniyadakı dəniz səviyyəsindən 5 min 895 metr hündürlükdə olan Kilimancaro dağının zirvəsinə qalxmağı bacarıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, əlində Mərakeş bayrağı olan Tazi Kilimancaro dağının zirvəsindən bir video paylaşıb
"Kilimancaro dağına qalxan ən kiçik mərakeşli kimi tarixi bir uğura imza atdığım üçün qürur duyuram. Ölkəmi beynəlxalq səhnədə qürurla təmsil etdiyim və sevimli ölkəmizin uşaq və gənclərini şərəfləndirdiyim üçün çox xoşbəxtəm" ", - deyə o paylaşdığı videoda bildirib.
Tazi Kilimancaro zirvəsinə qalxmaq üçün neçə saat sərf etdiyini açıqlamasa da, "Uşaqlıqdan bəri yüksək dağlara çıxmaq həvəsim və məqsədim ailəmin bütün üzvləri, xüsusilə güclü dəstəkçim və böyük təşviq mənbəyim olan atam Ömer et-Tazi tərəfindən dəstəkləndi", - vurğulayıb.
Qeyd edək ki, Tazi 2023-cü ilin avqustunda atası ilə Ağrı dağının zirvəsinə qalxıb.