Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təyyarə qəzasından sağ çıxıb kömək istədi

Təyyarə qəzasından sağ çıxıb kömək istədi

Tarix: 22 Yanvar 2024 08:40

Əfqanıstanın şimal-şərqində qəzaya uğrayan təyyarədən sağ qalanlardan biri yaşayış məntəqəsinə çataraq yerli sakinlərdən kömək istəyib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Əfqanıstan İnternəşnl" məlumat yayıb.

Bildirilib ki, sağ qalan şəxs Bədəxşan əyalətinin şimalındakı Kof Ab bölgəsindəki kəndə çata bilib və jestlərlə yerli sakinlərdən kömək istəyib.

Qeyd edək ki, Hindistandan Moskvaya uçan "Falcon 10B" sərnişin təyyarəsi Əfqanıstanın şimal-şərqində qəzaya uğrayıb. Nəticədə rusiyalı iş adamı Anatoli Yevsyukov və arvadı Anna həlak olublar, dörd nəfər ekipaj üzvü isə sağ qalıb.


Etiketlər:  Təyyarə qəzasından sağ çıxıb kömək istədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ