Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Mühasibat uçotu haqqında” Qanunda dəyişiklik edildi

“Mühasibat uçotu haqqında” Qanunda dəyişiklik edildi

Tarix: 22 Yanvar 2024 15:06

Prezident İlham Əliyev "Mühasibat uçotu haqqında" Qanunda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1059-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən, müəyyən edilir ki, "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-1.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

Həmin Qanunun 3.1-1.1-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur.

Azərbaycan Respublikasının Nazirlər Kabineti "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1059-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etməlidir.

"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-1.1-ci maddəsinə uyğun olaraq orta sahibkarlıq subyektləri tərəfindən mühasibat uçotunun elektron formada aparılması aşağıdakı mərhələlərdə həyata keçirilir:

Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş maliyyə xidmətlərini göstərən şəxslər - 2024-cü il yanvarın 1-dən;

telekommunikasiya xidmətləri göstərən şəxslər - 2024-cü il aprelin 1-dən;

yanacaqdoldurma məntəqələrində neft və qaz məhsullarının satışı ilə məşğul olan şəxslər - 2024-cü il iyulun 1-dən;

idman mərc oyunlarının operatoru - 2024-cü il oktyabrın 1-dən;

bu fərmanla əhatə olunmayan digər orta sahibkarlıq subyektləri - 2027-ci il yanvarın 1-dən.

"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 68 (Cild I)) aşağıdakı dəyişikliklər edilir:

2.1-ci bəndə "2.1.20-ci" sözlərindən sonra ", 3.1-1.1-ci" sözləri əlavə edilsin;

aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilir:

"2.1-1. həmin Qanunun 3.1-1.1-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;".

Milli.Az


Etiketlər:  Mühasibat uçotu haqqında Qanunda dəyişiklik edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ