Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyənin İrana sement ixracı 22 milyon dollara bərabər olub

Türkiyənin İrana sement ixracı 22 milyon dollara bərabər olub

Tarix: 22 Yanvar 2024 17:18

Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında İrana sement ixracını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz azaldaraq 22 milyon dollara çatdırıb.

Milli.Az bildirir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Dekabr ayında Türkiyə İrana sement ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 26,8 faiz azaldaraq 1,8 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin sement ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz azalaraq, 4,6 milyon dollara bərabər olub.

2023-cü ilin dekabr ayında Türkiyə 353 min dollar məbləğində sement ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 19,7 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2022-dekabr 2023) Türkiyə 4,6 milyard dollar məbləğində sement ixrac edib.

Milli.Az


Etiketlər:  Türkiyənin İrana sement ixracı 22 milyon dollara bərabər olub


RƏYLƏR