Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Oğurluq avtomobilləri Azərbaycana göndərmək istəyən qruplaşma üzvləri həbs edildi

Oğurluq avtomobilləri Azərbaycana göndərmək istəyən qruplaşma üzvləri həbs edildi

Tarix: 23 Yanvar 2024 00:54

Kanadada oğurluq avtomobilləri Azərbaycan və Gürcüstana göndərmək istəyən qruplaşma üzvləri həbs edilib

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə yerli polis bildirib.

Məlumata görə, Ontarionun Toronto şəhərində avtomobil oğurluğu ilə bağlı bir ay davam edən təhqiqatdan sonra 11 nəfərin 100-ə yaxın cinayətdə ittiham olunduğunu bildirib.

York Regional Polisi, son iki ay ərzində bir çox şəhərlərdə silsilə axtarışlardan sonra oğurlanmış 52 avtomobili tapdığını bildirib.

Müstəntiqlər bildiriblər ki, cinayətkar qrup bahalı avtomobilləri hədəf seçərək, nəqliyyat vasitələrini Azərbaycan və Gürcüstan kimi uzaq ölkələrə göndərməyi planlaşdırıb.

Şübhəli şəxlərə avtonəqliyyat vasitələrinin oğurlanması, cinayət yolu ilə əldə edilmiş əmlakın ticarəti də daxil olmaqla, ümumilikdə 96 ittiham irəli sürülüb.

Milli.Az


Etiketlər:  Oğurluq avtomobilləri Azərbaycana göndərmək istəyən qruplaşma üzvləri həbs edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ