Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur qrupunun yaradıcısı vəfat etdi

Məşhur qrupunun yaradıcısı vəfat etdi

Tarix: 23 Yanvar 2024 19:55

Musiqiçi, bəstəkar, "Boney M" qrupunun qurucusu Frank Farian (əsl adı Frans Royter) 83 yaşında vəfat edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Məlumata görə, F.Farian Mayamidəki evində dünyasını dəyişib.

Qeyd edək ki, bəstəkar 1961-ci ildə "Frankie Farian und die Schatten" qrupunu yaradıb və onunla yerli restoranlarda, eləcə də rəqs klublarında çıxış edib. Şöhrəti isə 1964-cü ildə qrup Hamburqda beynəlxalq rok festivalında iştirak edərkən qazanıb. O, 1968-ci ildə solo karyerasına başlayıb. Lakin 1970-ci illərin ortalarından etibarən musiqiçi pop musiqiyə diqqət yetirməyə başlayıb.

Xatırladaq ki, o, "Rasputin" və "Daddy Cool" kimi "Boney M" qrupunun hitlərinin müəllifidir.

Milli.Az


Etiketlər:  Məşhur qrupunun yaradıcısı vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ