Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azyaşlının çantasından “silah” çıxdı: Hava limanında polislər hərəkətə keçdi - VİDEO

Azyaşlının çantasından “silah” çıxdı: Hava limanında polislər hərəkətə keçdi - VİDEO

Tarix: 24 Yanvar 2024 06:56

Türkiyənin Bursa şəhərinin Yenişehir rayonunda hava limanında yaşanan hadisə polisi əvvəlcə qorxudub, sonra güldürüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, nənə-babasını səfərə yola salmaq üçün Yenişehir Hava Limanına gələn 6 yaşlı Selim Köse adlı uşağın çantası yoxlama cihazından keçdiyi zaman xəbərdarlıq siqnalı işə düşüb. Çantanın içində silahların olduğunu görən polis sistemi dayandırıb və çantanı nəzarətə götürüb. Lakin çanta açılanda içindəki silahların oyuncaq olduğu üzə çıxıb.

Polislər uzun müddət uşaqla birlikdə bu hadisəyə gülüblər. Silahlarını polisə göstərən kiçik Selim bir müddət onlarla oynadıqdan sonra nənə-babasını yola salmağa gedib.

Milli.Az


Etiketlər:  Azyaşlının çantasından silah çıxdı Hava limanında polislər hərəkətə keçdi VİDEO


RƏYLƏR