Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

NASA paylaşdı: ''Axiom-3'' komandası kosmosda hansı təcrübələri aparır?

NASA paylaşdı: ''Axiom-3'' komandası kosmosda hansı təcrübələri aparır?

Tarix: 24 Yanvar 2024 08:10

Aralarında ilk türk astronavtı Alper Gezeravcının da olduğu "Axiom-3" (Ax-3) komandası stansiyada təcrübələrə başlayıb. NASA bu günə qədər Beynəlxalq Kosmik Stansiyada apardığı təcrübələri paylaşıb.

Sonxeber.net publika.az xəbər verir ki, bu gün dünyanın hər yerindən 11 nəfər astronavt və kosmonavt Beynəlxalq Kosmik Stansiyada birlikdə yaşayır və işləyir. Aralarında Alper Gezeravcı da daxil olmaqla dörd Ax-3 astronavtı, iki həftəlik ikitərəfli əməliyyatlara və təcrübələrə başlayıb.

NASA Axiom-3 komandasının indiyə qədər apardığı təcrübələri Beynəlxalq Kosmik Stansiyanın sosial media hesabında paylaşıb. Türk astronavt Alper Gezeravcı kosmik gəmilərin həyati dəstək sistemlərinin saxlanması və Yer kürəsində məhsul məhsuldarlığının artırılması yollarını axtaran kosmik botanika təcrübəsi üzərində çalışıb.

Ax-3 komandiri Michael López-Alegría Pilot Valter Villadei ilə birlikdə Yerdə və kosmosda sağlamlığı yaxşılaşdırmaq üçün mikroqravitasiyanın Alzheimer kimi neyrodegenerativ xəstəliklərin biokimyasına necə təsir etdiyini araşdırıblar. Xərçəng xəstəliklərin qarşısının alınması və proqnozlaşdırılması məqsədi daşıyan tədqiqat üçün nümunələr flüoresan mikroskopa yerləşdirilib.

Astronavt Marcus Wandt ionlaşmış qaz, neytral qaz və mikron ölçülü hissəciklərdən ibarət aşağı temperaturlu qaz qarışıqlarını müşahidə edərək plazma fizikasını araşdırıb.


Etiketlər:  NASA paylaşdı Axiom komandası kosmosda hansı təcrübələri aparır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ