Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mask: “İlhamlanmış yəhudiyəm...” - FOTOlar

Mask: “İlhamlanmış yəhudiyəm...” - FOTOlar

Tarix: 25 Yanvar 2024 07:10

Məşhur ABŞ-li iş adamı İlon Mask Osvensimi (və ya Auşvis həbs düşərgələri kompleksi nasist rejimi tərəfindən qurulan ən böyük düşərgə olub - red.) ziyarət etdikdən sonra özünü "ilhamlanmış yəhudi" adlandırıb.

İlon Mask burada Auşvis-Birkenau ölüm düşərgələri muzeyini ziyarət edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, ABŞ-dən olan bir sahibkar bir müddət əvvəl antisemitizmdə ittiham olunub.

"Mənim öz sosial çevrələrimdə antisemitizm görmürəm. Buna baxmayaraq, mən özüm faktiki olaraq "ilhamlanmış" yəhudiyəm", - deyə Mask Polşanın Krakov şəhərində antisemitizm problemlərinə həsr olunmuş konfransda çıxışı zamanı vurğulayıb.

Onun sözlərinə görə, həbs düşərgələri muzeyi onda güclü təəssürat yaradıb və hazırda bir neçə gün tələb olunur ki, bütün bu təəssüratlar sakitləşsin.

İş adamı əlavə edib ki, əgər o zamanlar sosial şəbəkələr mövcud olsaydı, Osvensimdə bütün baş verənləri gizlətmək mümkün olmazdı.

Milli.Az


Etiketlər:  Mask İlhamlanmış yəhudiyəm FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ