Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2024 09:48
Azərbaycan Könüllü Təşkilatları İttifaqının seçki könüllüləri bölgələrdə ilk dəfə səsvermədə iştirak edəcək gənclərə seçki prosedurları ilə bağlı maarifləndirici bukletlər paylayır.
Sonxeber.net Secki-2024.az-a istinadən xəbər verir ki, könüllülərin fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı fəaliyyəti davam edir. "Seçki Könüllüləri" qrupu Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlıq çərçivəsində yaradılıb. Qrupun məqsədi gənclər arasında seçki hüququ, seçki mədəniyyəti, seçkidə fəal iştirakı ehtiva edən vətəndaşlıq vəzifəsinin təbliğ edilməsi, xüsusilə də seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək gənclərin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.
Qeyd edək ki, seçki könüllüləri Naxçıvan Muxtar Respublikası, Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərində eyni zamanda paytaxtda da fəaliyyət göstərir.