Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İl-76-nın “qara qutu”ları tapıldı

İl-76-nın “qara qutu”ları tapıldı

Tarix: 25 Yanvar 2024 12:12

Dünən Rusiyanın Belqorod vilayətində qəzaya uğrayan İl-76 təyyarəsinin hər iki "qara qutu"su tapılıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "RİA Novosti" yayıb.

Qəza yerində aşkar olunan "qara qutu"ların texniki vəziyyətinin yaxşı olduğu bildirilir. 

Xatırladaq ki,yanvarın 24-ü Rusiyanın Belqorod vilayətində göyərtəsində ukraynalı əsirləri daşıyan İl-76 təyyarəsi qəzaya uğrayıb. Ən son məlumata görə, hadisə zamanı 65 ukraynalı əsir, 6 ekipaj üzvü və 3 müşayiətçi həlak olub. Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədri Andrey Kartapolov təyyarənin 3 raketlə vurulduğunu iddia edib. Rusiya təyyarənin Ukrayna ordusu tərəfindən vurulduğunu iddia edir.


Etiketlər:  nın qara qutuları tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ