Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2024 22:36
"Barselona"nın 16 yaşlı hücumçusu Yamal İspaniya Kral Kubokunda rekorda imza atıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, Kataloniya klubunun 16 yaşlı vingeri Kral Kubokunun 1/4 finalında "Atletik"ə qol vuraraq, 21-ci əsrdə bu turnirdə qol vurmuş ən gənc oyunçu ünvanına sahib çıxıb.
"Atletik"lə görüşdə start heyətində meydana çıxan Lamin matçın 32-ci dəqiqəsində fərqlənib. Bu göstəricidə rekord Xuanmi Ximenezdə idi. O, 2010-cu ildə 16 yaş 238 günlüyündə Kral Kubokunun 1/8 finalında "Xetafe" forması ilə "Malaqa"ya qol vurub.