Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2024 04:05
Ukrayna əsilli 26 yaşlı Karolina Siino "Miss Japan" müsabiqəsinin qalibi olub.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, qız Ukraynanın Ternopol şəhərində anadan olub. Beş yaşında ailəsi ilə birlikdə Yaponiyaya köçüb və Aiti prefekturasının Naqoya şəhərində böyüyüb.
Deyilənə görə, o, Yaponiyadan kənarda doğulmuş gözəllik müsabiqəsində qalib gələn ilk qız olub.
"İrqi maneələr var idi və yapon kimi qəbul olunmaq çətin idi. Bu yarışmada yapon kimi tanındığım üçün çox minnətdaram", - deyə Siino tac təqdim edildikdən sonra göz yaşları içində şərh edib.
Siino qeyd edib ki, qələbəsindən sonra ilk növbədə sayəsində Yaponiyaya köçdüyü anasına təşəkkür etmək istəyib.
"Ailəm, xüsusən də anam. Əvvəlcə ona bunu demək istəyirəm: "Ana, mən Qran-prini qazandım", - deyə o, sevincini ilk olaraq kiminlə bölüşmək istədiyi barədə suala cavab verib.
"Miss Japan"ın nümayəndələri əlavə ediblər ki, Karolinanın qələbəsi onlara yapon gözəlliyinin nə olduğunu yenidən anlamağa kömək edib.