Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Arsenal''dan gedəcəyi açıqlandı

''Arsenal''dan gedəcəyi açıqlandı

Tarix: 6 May 2019 15:40

"Arsenal"ın futbolçusu Denni Uelbek mövsümün sonunda komandadan ayrılacaq.

Qol.az xəbər verir ki, bunu London klubunun baş məşqçisi Unay Emeri  dünən İngiltərə Premyer liqasında “Brayton”la matçdan sonra keçirilən mətbuat konfransında deyib. Futbolçunun “topçular”la olan müqaviləsi mövsümün sonunda bitəcəyindən onun üçün trasnfer məbləği ödənilməyəcək.

Türkiyə mətbuatı Uelbeki "Qalatasaray"ın transfer etmək istədiyini yazıb.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində “Sportinq”lə oyun zamanı zədələnən Uelbek bu mövsümn “Arsenalın heyətində cəmi 8 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
 


Etiketlər:  Arsenaldan gedəcəyi açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ