Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2024 06:50
Rusiya məhkəməsi Ukraynanın Donbas bölgəsində separatçıların liderlərindən biri olan İqor Strelkov (Qirkin) barəsində hökm çıxarıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Strelkov cəzasını ümumi rejimli koloniyada çəkməklə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Strelkov 2023-cü ilin iyulunda saxlanılıb. O, Cinayət Məcəlləsinin 280-ci maddəsinin 2-ci hissəsi (ekstremizmə açıq çağırışlar) ilə ittiham olunub.
İqor Strelkov 2014-cü ildə Donbasdakı hadisələrdən sonra məşhurlaşıb. Onun rəhbərliyi altında dəstələrdən biri Ukrayna hakimiyyətinə qarşı silahlı üsyana başlayıb. Strelkov 2014-cü il mayın 16-dan avqustun 14-dək qondarma "DXR"-in müdafiə naziri vəzifəsində çalışıb. "Zavtra" qəzetinə verdiyi müsahibədə Strelkov "müharibənin tətiyini çəkən" olduğunu söyləyib.
2022-ci ilin noyabrında Haaqa məhkəməsi Strelkovu 2014-cü ilin yayında Donetsk vilayətində Malayziyaya məxsus Boeing 777 təyyarəsinin vurulmasında günahkarlardan biri kimi tanıyıb. O, qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilib.