Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Tələbələr parkinq pulunu ödəyə bilmir” - Hüseyn şikayətləndi - VİDEO

“Tələbələr parkinq pulunu ödəyə bilmir” - Hüseyn şikayətləndi - VİDEO

Tarix: 26 Yanvar 2024 11:00

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu Azərbaycan Milli Konservatoriyasının önündəki ödənişli parkinqdən şikayətlənib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, ifaçı bununla bağlı öz instaqram hesabında paylaşım edib.

"Biz burada maşınlarımızı pulsuz saxlayırdıq. Lakin bir neçə gün öncə parklanmanı ödənişli etdilər", - H. Məhəmmədoğlu bildirib.

Sənətçi qeyd edib ki, belə qərarlar verəndə tələbələri də nəzərə almaq lazımdır: "Burada tələbələr təhsil alır, biri qazanır, biri yox. 6-7 saat dərsdə oluruq. Məşqlərimiz olur, imtahana hazırlaşırıq. Hamı o pulu ödəyə bilmir. Bir saat üçün ödəmək olar, amma 8-9 saat burada dərsdə olan tələbələr var. Çox xahiş edirəm ki, bu məsələni kökündən həll edəsiniz".

Həmin görüntüləri təqdim edirik:

Milli.Az


Etiketlər:  Tələbələr parkinq pulunu ödəyə bilmir Hüseyn şikayətləndi VİDEO


RƏYLƏR