Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zaporojye AES-də nüvə təhlükəsi ilə bağlı xəbərdarlıq

Zaporojye AES-də nüvə təhlükəsi ilə bağlı xəbərdarlıq

Tarix: 26 Yanvar 2024 16:42

Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi Zaporojye Atom Elektrik Stansiyasında (AES) böyük nüvə təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Milli.Az report-a istinadən xəbər verir ki, o, nüvə qəzası təhlükəsinin real olduğunu bildirib.

R. Qrossinin sözlərinə görə, nüvə təhlükəsizliyi ilə bağlı vəziyyət qeyri-sabitdir:

"Zaporojye AES uzun müddətdir atəşə tutulmasa da, bölgədə, bəzən isə obyektin bilavasitə yaxınlığında əhəmiyyətli hərbi əməliyyatlar davam edir. Əməkdaşlarımız stansiyanın yaxınlığından uçan raketlərin bu obyektlərin fiziki təhlükəsizliyi üçün təhdid olduğunu bildirirlər".

Qeyd edək ki, Zaporojye AES Dnepr çayının sol sahilində, Enerqodar şəhəri yaxınlığında yerləşir. Bu, aqreqatların sayına və quraşdırılmış gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasıdır.

Milli.Az


Etiketlər:  Zaporojye AES nüvə təhlükəsi ilə bağlı xəbərdarlıq


RƏYLƏR