Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2024 19:44
2023-ci ilin yanvar-dekabr aylarında Pakistan vətəndaşları Türkiyədə 458 daşınmaz əmlak satın alıblar ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 545 obyekt azdır.
Sonxeber.net-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.
Məlumata görə, keçən ilin dekabr ayında Pakistan vətəndaşları Türkiyədə 55 daşınmaz əmlak alıblar ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 10 obyekt çoxdur.
Qeyd edək ki, 2023-cü ilin dekabr ayında Türkiyədə 138 min 577 mənzil satın alınıb ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 33,4 faiz azdır.
Məlumata görə, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyədə 1 milyon 225 min 926 mənzil satın alınıb.
"Bu göstəricilər 2022-ci ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz azdır", - deyə nazirlikdən qeyd edilib.
2023-cü ilin dekabr ayında Türkiyədə xarici vətəndaşlara 2 min 64 mənzil satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 67,7 faiz azdır.
Keçən il əcnəbi vətəndaşlar Türkiyədən 35 min mənzil alıblar ki, buda 2022-ci ilin eyni dövrü ilə müqayisədə 48,1 faiz azdır.