Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda bir əsrdən çox yaşayanlar: Qadınlar siyahıda liderdir - FOTO

Azərbaycanda bir əsrdən çox yaşayanlar: Qadınlar siyahıda liderdir - FOTO

Tarix: 27 Yanvar 2024 11:02

Azərbaycanda 100 yaşdan çox yaşayanların sayı ilbəil artır. Bunu statistik məlumatlar da təsdiqləyir.

Milli.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda respublikada 100 yaşdan yuxarı 1021 nəfər yaşayır. Onlardan 381 nəfəri kişilər, 640 nəfəri isə qadınlardır.

2022-ci ildə Azərbaycanda 100 yaşdan yuxarı əhalinin sayı 897 nəfər olub. Bunlardan 287 nəfəri kişilər, 610 nəfəri qadınlar olub.

Həmçinin, 2021-ci ildə 229 nəfər kişi, 548 nəfər qadın olmaqla 100 yaşdan yuxarı 777 nəfər qeydə alınıb.

Qeyd edək ki, hazırda Azərbaycanda ən yaşlı sakinin 134 yaşı var. Lənkəran rayon sakini Əzizova Tamam Əli qızı 1890-ci ilin yanvarın 1-də anadan olub. Kişilər arasında ən yaşlı şəxs isə Tovuz rayon sakinidir. Belə ki, hazırda 104 yaşı olan Hacıyev Fərrux Səməd oğlu 1920-ci ilin yanvarın 1-də anadan olub.

Milli.Az


Etiketlər:  Azərbaycanda bir əsrdən çox yaşayanlar Qadınlar siyahıda liderdir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ