Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2024 14:58
Bakıdakı bağçalardan birindən xeyli uşaq xaric edilir.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, paytaxtın Yasamal rayonundakı 345 saylı uşaq bağçasında təlim-tərbiyə alan azyaşlıların valideynlərinə bu cür xəbərdarlıq edilib. Onlara bildirilib ki, övladları elektron qaydada qeydiyyatdan keçirilmədiyi üçün heç bir sənəddə adları yoxdur.
Bu səbəbdən də uşaqlar bağçadan uzaqlaşdırılacaq.
Valideynlər bildirir ki, 2-3 ildir övladları həmin bağçaya gedir. Əvvəllər qeydiyyat onlayn qaydada olmadığı üçün də kağız formasında bütün lazımi sənədləri təqdim ediblər. Tədris ilinin ortasında bu cür qərarın verilməsi isə valideynləri çıxılmaz vəziyyətdə qoyub.
Məsələyə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən aydınlıq gətirilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: