Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2024 09:16
Qəzzadakı iztirablara son qoyulmasına inansam da, atəşkəs çağırışı Putinin mesajıdır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi CNN-ə müsahibəsində deyib.
"Qarışdırmayın. Bütün bunlar onun (Rusiya Prezidenti Vladimir Putinin - red.) görmək istədiyi məqamlarla əlaqəlidir. Eyni şey Ukraynaya da aiddir. Bütün bunlar Putinin mesajı ilə bağlıdır", - o bildirib.
Onun sözlərinə görə, Fələstin tərəfdarlarının bəzi hərəkətləri kortəbii və səmimidir, lakin bəziləri Rusiya ilə bağlıdır.
Pelosi FTB-dən məsələnin araşdırılmasını xahiş etmək niyyətində olduğunu bildirib.