Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2024 14:46
İrəvanda yerli sakin Leninqrad blokadasında mühasirədən sağ çıxan ac uşaqların xatirəsinə ucaldılmış abidəni təhqir edib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə erməni mediası məlumat yayıb.
Ermənistan vətəndaşı abidənin faşistlər üçün ucaldıldığını bildirib. O, abidənin qarşısına qoyulmuş əklilləri dağıdaraq, üzərində olan Rusiya bayraqlarını tapdalayıb.
Qeyd edək ki, 27 yanvar 2024-cü ildə Leninqradın faşist mühasirəsindən azad olunmasının 80 ili tamam olub.