Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Barselona” 120 milyon avro gəlirdən məhrum olunacaq?

“Barselona” 120 milyon avro gəlirdən məhrum olunacaq?

Tarix: 30 Yanvar 2024 20:04

İspaniyanın "Barselona" klubu 120 milyon avro gəlirdən məhrum ola bilər.

Milli.Az report-a istinadən xəbər verir ki, komanda cari mövsüm iştirak etdiyi turnirləri mükafatsız tamamlasa, ciddi maliyyə problemi ilə üzləşəcək.

Həmin məbləğin 60 milyon avrosu UEFA Çempionlar Liqası (ÇL) ilə bağlıdır. Belə ki, rəhbərlik hər il büdcəni qitənin ən nüfuzlu klub turnirində 1/4 finala qədər irəliləmək üzərində formalaşdırır. La Liqa təmsilçisi ÇL-ə vəsiqə qazana bilməsə, böyük qazancı əldən çıxaracaq.

İspaniya Superkuboku və qitələrarası dünya çempionatından kənarda qalmaq isə daha 60 milyon avro qazancdan məhrum olmaya gətirib çıxara bilər.

Qeyd edək ki, hazırda La Liqada 4-cü pillədə qərarlaşan "Barselona" Çempionlar Liqasının 1/8 finalında İtaliya klubu "Napoli" ilə qarşılaşacaq.

Milli.Az


Etiketlər:  Barselona 120 milyon avro gəlirdən məhrum olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ