Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda sənədsiz evlərlə bağlı YENİLİK - VİDEO

Azərbaycanda sənədsiz evlərlə bağlı YENİLİK - VİDEO

Tarix: 31 Yanvar 2024 10:42

İllərdir həllini tapmayan sənədsiz evlər məsələsi yenidən gündəmdədir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev açıqlama verib.

O, jurnalistlərin sualını cavablandırarkən bildirib ki, sənədsiz qeyri-yaşayış təyinatlı tikililərin sayı təxminən 40 minə yaxındır. Lakin sənədsiz evlərin sayı ilə bağlı dəqiq rəqəm demək mümkün deyil. Eyni zamanda, sənədsiz tikililərlə bağlı işlərin nə vaxt yekunlaşacağı da bilinmir.

Dövlət Xidmətinin rəisi Mətin Eynullayev həmçinin fevral ayı ərzində Xankəndidə 40-a yaxın ictimai obyektin açılacağını bildirdi.

Qeyd edək ki, Qarabağda ümumilikdə torpaq sahəsinin ayrılması ilə bağlı 11 min hektara yaxın torpaq sahəsi üzrə 372 müraciətə müsbət rəy verilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Azərbaycanda sənədsiz evlərlə bağlı YENİLİK VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ