Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2024 13:26
Prezident Vladimir Zelenskinin Ofisi Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnının hərbi deyil, siyasi bəyanatlar verməsindən narahatdır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko "Quardian"a açıqlamasında deyib.
Qonçarenko Zalujnının istefasını pis ideya adlandırıb.
Onun sözlərinə görə, baş komandanla Ukrayna rəhbərliyi arasında prinsipial fikir ayrılıqları yoxdur, sadəcə Zelenskinin Ofisində hesab edirlər ki, Zalujnı siyasi bəyanatlar verir.
Qeyd edək ki, Zalujnının istefa xəbəri 29 yanvarda Ukrayna Teleqram kanallarında yayılmış və hətta Aleksey Qonçarenko bunu təsdiqləmişdi. Ancaq Ukrayna MN və Zelenskinin mətbuat katibi Sergey Nikiforov məlumatı təkzib etdi.