Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bu, Paşinyanın vicdanındadır”

“Bu, Paşinyanın vicdanındadır”

Tarix: 31 Yanvar 2024 13:54

Ermənistanhələlik KTMT-dən çıxmayıb, amma proses buna doğru gedir.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu rusiyalı politoloq Vladimir Şapovalov deyib.

"Ermənistan Baş naziri Nikol Paşinyan aylardır izlədiyi xəttə sadiq qalır. Bu xəttin mahiyyəti belədir: Qarabağ müharibəsindəki məğlubiyyətə görə özü və tərəfdarlarına haqq qazandırmaq. Paşinyan buna görə Rusiya və KTMT-ni günahlandırmağa çalışır. Əslində Rusiya bütün öhdəliklərini yerinə yetirir. Qarabağda münaqişənin sona çatmasını təmin edən Rusiya sülhməramlıları olub. Ermənistanın hərbi-siyasi məğlubiyyəti ilə bağlı hər şey öz öhdəliklərini tam yerinə yetirən Rusiya yox, Paşinyanın vicdanındadır", - ekspert bildirib.

Şapovalov Qərbə inteqrasiya xətti tutan Ermənistan baş nazirinin buna uyğun olaraq, ölkəsini tədricən Rusiya və KTMT-dən uzaqlaşdırdığını söyləyib:

"İkinci xətt Rusiya və KTMT ilə münasibətləri tədricən zəiflədilməsidir. Üçüncüsü, Qərb mərkəzçiliyi və Avropaya inteqrasiya xətti, yəni Qərb dövlətləri ilə tədricən yaxınlaşmadır.

Paşinyan bütün bu xətləri eyni anda yerinə yetirir. Onun demarşını görürük. Ermənistan indiyədək KTMT-dən rəsmən çıxmayıb, amma mütəmadi olaraq belə bəyanatlar eşidirik".

Milli.Az


Etiketlər:  Bu Paşinyanın vicdanındadır


RƏYLƏR