Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı məşhurların arxiv görüntüləri yayıldı - FOTO

Azərbaycanlı məşhurların arxiv görüntüləri yayıldı - FOTO

Tarix: 31 Yanvar 2024 16:30

Aktrisa Zümrüd Qasımova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki,  o şəxsi instaqram hesabında arxiv fotosunu paylaşıb.

17 il əvvəlki şəkil "ANS TV"də yayımlanan "Qızlar" serialının çəkilişi zamanı lentə alınıb.

Fotoda Əməkdar artistlər Hüsniyyə Mürvətova, Əməkdar artist Vəfa Zeynalova da yer alıblar.

Qasımovanın bu paylaşımı izləyiciləri tərəfindən maraqla qarşılanıb. Aktrisaların illər ərzindəki dəyişimi müzakirələrə səbəb olub. 

Xatırladaq ki, "Qızlar"ın əsas rollarında Əməkdar artist Vəfa Zeynalova, Xalq artisti Şamil Süleymanlı, Əməkdar artist Hüsniyyə Mürvətova, Zümrüd Qasımova və başqaları çəkiliblər.

Serialda dörd müxtəlif xarakterli qadının həyatı və onların timsalında xanımların cəmiyyətdəki rolundan, sosial problemlərindən, qarşılaşdıqları çətinliklərdən bəhs olunur.

Milli.Az


Etiketlər:  Azərbaycanlı məşhurların arxiv görüntüləri yayıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ