Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ölkə Qafqazda sülh istəmir - Spiker

Bu ölkə Qafqazda sülh istəmir - Spiker

Tarix: 31 Yanvar 2024 20:54

Fransa Cənubi Qafqazda sülhün təmin olunmasını istəmir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ilə görüşündə bildirib.

S.Qafarovanın sözlərinə görə, bəzi Avropa dövlətləri Cənubi Qafqaz regionunda sülhün təmin olunmasını istəmirlər:

"Bu ölkələrdən biri də Fransadır. Fransa neokolonializm siyasətini bu regiona da daşımaq istəyir".

Spiker bir daha vurğulayıb ki, Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünə hörmət edir və regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olunmasını, Ermənistanla tezliklə sülh sazişinin imzalanmasını istəyir.

Milli.Az


Etiketlər:  Bu ölkə Qafqazda sülh istəmir Spiker


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ