Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan Kuboku: "Neftçi" səfərdə "Sumqayıt"a qalib gəlib

Azərbaycan Kuboku:

Tarix: 31 Yanvar 2024 21:14

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, günün ikinci oyununda "Neftçi" "Sumqayıt"ın qonağı olub.

Qarşılaşma paytaxt klubunun qələbəsi ilə bitib - 3:1. "Ağ-qaralar"ın qollarını 29-cu dəqiqədə Yeqor Boqomolski, 44 (pen) və 45+2-ci dəqiqədə Emin Mahmudov vurub.

"Gənclik şəhəri" təmsilçisində 60-cı dəqiqədə Elvin Bədəlov, 89-cu dəqiqədə Kasimir Ninqa fərqlənib.

Qeyd edək ki, günün ilk görüşündə turnirin son qalibi "Qəbələ" "Araz-Naxçıvan"la heç-heçə edib - 1:1. Ötən gün keçirilən oyunlarda "Zirə" səfərdə "Səbail"i 2:1, "Qarabağ" isə "Sabah"ı 7:1 hesabı ilə məğlub edib.

Milli.Az


Etiketlər:  Azərbaycan Kuboku Neftçi səfərdə Sumqayıta qalib gəlib


RƏYLƏR