Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2024 09:12
İngiltərə Premyer Liqasının 22-ci turunun mərkəzi oyununda "Liverpul" öz meydanında "Çelsi"ni darmadağın edib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, "Enfild" stadionunda baş tutan görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
"Liverpul"dan Dioqo Jota, Konor Bredli, Dominik Soboslai və Luis Dias fərqlənib, qonaqların yeganə qolunu isə Kristofer Nkunku vurub.
"Liverpul" bu mövsüm 22-ci oyunda 15-ci qələbəsini qazanıb və 51 xalla Premyer Liqada turnir cədvəlinə başçılıq edir. Yurqen Kloppun yetirmələri sentyabrın 30-dan bəri İngiltərə Premyer Liqasında uduzmur və "Çelsi" üzərində qələbə "Liverpul"un məğlubiyyətsizlik seriyasını 15 oyuna çatdırıb.