Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2024 20:50
Argentinalı futbolçu Lionel Messinin İspaniyanın "Barselona" klubu ilə salfet üzərində yazılmış ilk müqaviləsi hərraca çıxarılacaq.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, hərrac martın 18-dən 27-dək keçiriləcək.
Tələb olunan qiymət 350 min avro ilə 585 min avro arasında dəyişir.
Qeyd edək ki, Messi "Barsa" ilə ilk müqaviləsini 2000-ci il dekabrın 14-də 13 yaşında ikən imzalayıb.