Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messi - Ronaldu dueli baş tutmadı

Messi - Ronaldu dueli baş tutmadı

Tarix: 1 Fevral 2024 23:16

Portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldunun ardınca onun agentinalı həmkarı Lionel Messinin də "Ən-Nəsr" və "İnter Mayami" arasında keçirilən yoldaşlıq görüşündəki iştirakı sual altına düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Ronaldunun adı "Ən-Nəsr"in iştirak ərizəsinə daxil edilməyib.

Messinin adı isə "İnter Mayami"nin iştirak ərizəsinin ilk variantında olmasa da, oyunun başlamasına dəqiqələr qala siyahıya salınıb. Lakin argentinalının diz qapağındakı narahatlıq səbəbindən qaşılaşmada meydana çıxma ehtimalı olduqca aşağı qiymətləndirilir.     

Qeyd edək ki, Ronaldu da zədə səbəbindən matçda iştirak etmir.

Milli.Az


Etiketlər:  Messi Ronaldu dueli baş tutmadı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ