Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna tələb etdi, Argentina polisi rusu saxladı

Ukrayna tələb etdi, Argentina polisi rusu saxladı

Tarix: 2 Fevral 2024 07:16

Argentina polisi Kiyevin tələbi ilə rusiyalını saxlayıb, onun Ukraynaya mümkün ekstradisiyası məsələsi üzrə məhkəmə prosesi gözlənilir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Buenos-Ayresdəki səfirliyinin konsulluq şöbəsinin rəhbəri Nataliya Pustovalova "RİA Novosti"yə bildirib.

"Səfirliyə Ezeiza Beynəlxalq Hava Limanında polisdən rəsmi bildiriş daxil olub ki, yanvarın 30-da Ukrayna İnterpolunun sorğusu əsasında ailəsi ilə birlikdə Argentinaya turizm məqsədi ilə gələn Rusiya vətəndaşı İ.İ.Çurkinin saxlanılıb.

Yaxın 45 gün ərzində məhkəmə iclası keçiriləcək və orada rusiyalının Ukraynaya ekstradisiya edilib-edilməməsi ilə bağlı qərar veriləcək", - Pustovalova bildirib.

Milli.Az


Etiketlər:  Ukrayna tələb etdi Argentina polisi rusu saxladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ