Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2024 08:22
ABŞ hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zaljnının prezident Vladimir Zelenski ilə münasibətləri kəskinləşərsə, birincinin tərəfində olacaq.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Berliner Zeytunq" yazıb.
Bildirilib ki, ABŞ administrasiyasının baş komandana rəğbəti olsa da, tərəflər arasında açıq münaqişənin olmasını istəmir.
Bəzi ukraynalı ekspertlərin fikrincə, Vaşinqton Zelenskidən çox Zalujnını Ukrayna prezidenti kimi görməyə üstünlük verəcək.
Məqalədə deyilir ki, martın sonunda keçirilməli olan prezident seçkilərinin ləğvi vəziyyəti daha da gərginləşdirir. Yazda Zelenskinin legitimliyi ilə bağlı şübhələrin getdikcə daha çox eşidiləcəyi gözlənilir.