Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərtoğrul Sağlam Ramil Şeydayevdən danışdı

Ərtoğrul Sağlam Ramil Şeydayevdən danışdı

Tarix: 2 Fevral 2024 11:28

"Kocaelispor"un baş məşqçisi Ərtoğrul Sağlam komandasının azərbaycanlı hücumçusu Ramil Şeydayevdən danışıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, açıqlama verən türkiyəli məşqçi yığmamızın forvardı haqda bunları deyib:

"Bu həftə Ramil Şeydayevi yavaş-yavaş oynatmağa başlamışıq. Ona imkan yaradırıq. Növbəti matçlarda da oynayacaq. Super Liqaya çıxmaq uğrunda mübarizəni davam etdirəcəyik".

Şeydayevin "Kocaelispor"la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.

Milli.Az


Etiketlər:  Ərtoğrul Sağlam Ramil Şeydayevdən danışdı


RƏYLƏR