Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ayfon-15 Prodan narazıların sayı artır - Səbəb

Ayfon-15 Prodan narazıların sayı artır - Səbəb

Tarix: 2 Fevral 2024 22:00

Ayfon-15 Prodan razı olan istifadəçilərin sayı getdikcə azalır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "PerfectRec"in Ayfon-15 Pro ilə bağlı dərc etdiyi məlumatlarda bildirilib.

Qeyd olunub ki, Ayfon-15 Pro istifadəçilərinin məmnunluq səviyyəsi Ayfon-13 Pro və 14 Proya nisbətən aşağıdır. Amma Ayfon-15 və 15 Plusdan razı olanların sayı çoxalır.

Hesabat Quqlda istifadəçilər tərəfindən yazılan 700 min rəy əsasında hazırlanıb.

"PerfectRec" 5/5 ulduz reytinqi alan Ayfon-15 Pronun faizini ölçüb. Hər iki modelin satışı sentyabrdan aşağı düşməyə başlayıb. Halbuki sentyabrda satışa çıxarılandan sonra istifadəçilərin 73.5 faizi ona 5/5 ulduz vermişdilər. İndi isə bu faiz 66.1-ə düşüb. Ayfon-15 Proda isə bu göstərici 77 faizdən 72.5 faizə enib. Bunlarla müqayisədə Ayfon 15-in reytinqi 68.2-dən 78.1 faizə, 15 Plusun isə 70 faizdən 73.5 faizə qədər qalxıb.

Hesabatda Ayfon-15 Prodan olan narazılıqların siyahısı da yer alıb.

Batareyanın ömrünün az olması, Ayfon-14 Pro ilə müqayisədə daha az təkmilləşdirmələr, fiziki dizayn və çıxıntılı kamera linzalarından narazılıqlar ilk sıralarda yer alıb.

Milli.Az


Etiketlər:  Ayfon 15 Prodan narazıların sayı artır Səbəb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ