Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Gərək boşanma qərarını daha öncə verərdim”

“Gərək boşanma qərarını daha öncə verərdim”

Tarix: 3 Fevral 2024 10:10

Müğənni Nərmin Kərimbəyova ilk dəfə boşanmasından danışıb.

Sonxeber.net olay-a istinadən bildirir ki, Azxeber Medianın  "Gəl danış" layihəsinə qonaq olan ifaçı 12 illik ailə həyatını sonlandıran sənətçi bu qərara birdən-birə gəlmədiyini deyib:

"Səbəblər çoxdur, bunu bir şeyə bağlamaq olmaz. İllərlə yaşanan problemlər son illərdə dözülməz dərəcədə artdı. Razı qalmadığım məqamlar çox idi və onları dəyişmək mümkün deyildi. Olsa idi dözərdim. 12 il evli olmuşam. Hə, prosesi çox uzatdı hətta. Amma bu da doğru bir şey deyil. İnsanlar qərar verib dost kimi ayrılmalıdır, hələ ki, övlad varsa ortada. Bir- birinin qərarlarını hörmətlə qəbul etməlidirlər. 12 il səbr etmişəm və ayrılandan sonra anladım ki, gərək çoxdan verərdim bu qərarı. Düşünürdüm ki, dost kimi ayrılarıq, amma gördüm alınmır. Heç kim, heç kimdən istifadə edə bilməz".


Etiketlər:  Gərək boşanma qərarını daha öncə verərdim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ