Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldo zədələnib? - Santuşdan açıqlama

Ronaldo zədələnib? - Santuşdan açıqlama

Tarix: 13 Noyabr 2019 21:44

Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş komandanın kapitanı Kriştiano Ronaldo haqda danışıb.

Qol.az-ın "Football İtalia"ya istinadən yaydığı xəbərə görə, o, "Yuventus"un 34 yaşlı hücumçusunun yaxşı formada olduğunu deyib: "Hamı Ronaldo haqda danışmaq istəyir. Çünki o, dünyanın ən yaxşı oyunçusudur. Kriştiano yaxşı formadadır və matçlarda oynayacaq".

Qeyd edək ki, Portuqaliya millisi Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Lüksemburq (14 noyabr) və Litva (17 noyabr) ilə qarşılaşacaq.

Xatırladaq ki, "Yuventus"un baş məşqçisi Maurisio Sarri Ronaldonun dizindən zədə aldığını açıqlamışdı.

 


Etiketlər:  Ronaldo zədələnib Santuşdan açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ