Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2024 18:32
Almaniyanın Hamburq şəhərində yerli hakimiyyət orqanları qurbağa populyasiyasını xilas etmək üçün tunellərin tikintisinə təxminən 500 min avro (920 min manat) xərcləyiblər.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə "Bild" öz mənbələrinə istinadla bildirib.
"Polad və betondan hazırlanmış dörd tunel vergi ödəyicilərinə təxminən yarım milyon avroya başa gəldi", - deyə nəşr vurğulayıb.
Qeyd olunub ki, yerli təbiət mühafizəçiləri 2020-ci ildə 1 002, bir il sonra isə 616 qurbağa sayıblar. Həmçinin gölməçə tritonlarının sayı da azalıb.
Yaşıllar Partiyasından olan yerli hakimiyyət suda-quruda yaşayanların yollardan keçməsinin qarşısını almaq üçün yeraltı tunellər tikməyə başlayıb.