Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2024 16:54
Kərim Benzema "Əl İttihad"la məşqləri bərpa edəcək. "Qafqazinfo" xəbər verir ki, fransız futbolçu ən azı mövsümün sonuna qədər klubda qalmağa razılaşıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, "Real"ın sabiq kapitanının Avropaya qayıtmaq istəməsi ilə bağlı xəbərlər yayıldıqdan sonra onun Səudiyyə Ərəbistanından ayrılacağı bildirilirdi. Ancaq "Əl-İttihad" Benzemanın bu xahişini rədd edib.
Baş məşqçi Marselo Qalyardo ilə danışıqlardan sonra Benzema heyətə qaytarılacaq.
Qeyd edək ki, Kərim Benzema "Əl İttihad"ın baş məşqçisi Marselo Qalyardo ilə qalmaqal yaşadıqdan sonra klubun düşərgəsini tərk etmişdi.