Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2024 00:04
Yaponiyada paytaxt regionunda yağan güclü qar səbəbindən 10 mindən çox ev elektrik enerjisindən məhrum olub.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, müvafiq problemlər Tokioda, eləcə də qonşu Tiba, Kanaqava və Yamanasi prefekturalarında qeydə alınıb. Yerli hakimiyyət orqanları bərpa işlərinə başlayıb.
Qar yağışı zamanı müxtəlif xəsarətlər aldığı üçün yaşları 4-dən 92-yə qədər olan 40-a yaxın insan paytaxt Tokioda xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, Tokionun "Narita" və "Haneda" hava limanlarında güclü qar yağması səbəbindən azı 100 reys təxirə salınıb.