Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan TŞ-nin iclasını keçirdi

Paşinyan TŞ-nin iclasını keçirdi

Tarix: 6 Fevral 2024 00:56

Ermənistan Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin məlumatında deyilir.

Bildirilib ki, TŞ üzvlərindən savayı iclasda Prezident Vaaqn Xaçatryan, parlament sədri Alen Simonyan, Baş nazir Aparatının rəhbəri Araik Arutyunyan, vitse-spiker Ruben Rubinyan, Xarici əlaqələr komissiyasının rəhbəri Sərkis Xandanyan və "Mülki müqavilə" fraksiyasının katibi Ayk Koncoryan iştirak ediblər.

İclasda gündəlikdəki və strateji xarakterli məsələlər müzakirə olunub.

Qeyd edilir ki, bundan öncə ötən il dekabrın 19-da Ermənistan TŞ-nin sonuncu iclası keçirilib.

Milli.Az


Etiketlər:  Paşinyan iclasını keçirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ